Yanvarda Azərbaycana 68 milyon 215 min ABŞ dolları dəyərində 5685 avtomobil idxal olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 55-i sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5231-i əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 366-sı yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 33-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.