222 milyon uşağın təhsili yarımçıq qalıb –BMT

Birləşmiş Millətlər Təşkilatının araşdırmasına əsasən, dünya boyu 222 milyon uşaq və yeniyetmənin təhsili çox sayda böhranlar səbəbilə yarımçıq qalıb.

Araşdırmanı Birləşmiş Millətlər Təşkilatının fövqəladə hallar və uzadılmış böhran zamanları üçün qlobal fondu olan Education Cannot Wait (Təhsil Gözləyə Bilməz) aparıb. Təşkilat 2016-cı ildə təsis olunduğu zaman böhranın təsirinə məruz qalan və bu səbəblə təhsilə çıxışları kəsilən uşaqların sayı təxminən 75 milyon idi.

Təşkilatın direktoru Yasmin Şerif deyir ki, son altı ildə müxtəlif böhranlar səbəbilə bu rəqəm 40-dan çox ölkədə 222 milyona çatıb.

“Dünya boyu münaqişələr mövcuddur – biz bunu bilirik, amma onlar getdikcə daha uzunmüddətli olur. Ancaq münaqişələr və iqlimlə əlaqədar fəlakətlər səbəbilə artan və rekord həddə çatan qaçqın və didərginlərin sayı, və əlbəttə ki, COVID-19 pandemiyası da bu rəqəmin artmasına səbəb olub,” Şerif deyib.

Araşdırma nəticəsi onu göstərir ki, dünya boyu 78.2 milyon insan məktəbdən çıxıb. Təhsil üzrə ekspertlər deyir ki, həmin uşaqların təhsillərini davam etdirmək ehtimalları azdır və bu da onların gələcəkləri və qazanclarına zərərli təsir göstərir.

Şerif deyir ki, o, uşaqların əksəriyyətinin məktəbə getmədiyi ölkələri ziyarət edib və Mali, Çad, Mərkəzi Afrika Respublikası və Cənubi Sudan kimi böhranın bürüdüyü ölkələrdə uşaqların başların nələrin gəldiyini görüb.

“Məktəbə getməyəndə – oğlansansa – məcburi şəkildə silahl qruplara, terrorçu qruplara, yarı-hərbi dəstələrə, hökumət qruplarına qoşulmaq təhlükəsi ilə üzləşirsən,” o deyib. “Qızsansa, evdə gender-əsaslı zorakılıq, cinsi zorakılıq, insan qaçaqçılığı, erkən evlilik və erkən doğuş riski ilə üzləşirsən.”

Şerif deyir ki, bu yeni məlumatlar bütün liderlər və qanunvericilər üçün bir işarə olmalıdır, çünki getdikcə daha çox uşaq böhranlar səbəbilə geridə qalır. O deyir ki, beynəlxalq ictimaiyyət onların təhsil ehtiyaclarını qarşılmaq üçün da çox səy göstərməlidir, əks təqdirdə insani və iqtisadi inkişafa çox böyük mənfi təsirlər olacaq.

Əvvəlki məqalə

İtaliyada çay qurudu, müharibədə batan gəmi üzə çıxdı –

Sonrakı məqalə

Brüsseldə Ukraynanın Aİ-yə namizəd statusu ilə bağlı müzakirələr başlayır