Bakıda işçilərin orta aylıq maaşı min manatdan yuxarıdır

2022-ci ilin yanvar-may aylarında paytaxt sənayesində 30,4 milyard manatlıq istehsal və xidmət qeydə alınıb.

Hesabatı Bakı Şəhər Statistika İdarəsi yayıb.

Rəsmi məlumata görə, beş ayda ticarət dövriyyəsinin həcmi 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə 4,1 faiz, ictimai iaşə dövriyyəsinin həcmi real ifadədə 80,1 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri real ifadədə 8,1 faiz artıb.

Mayın 1-nə şəhərdə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1066,9 manata çatıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.