Avqustda Ağdam Sənaye Parkının tikintisi başlanacaq –Mikayıl Cabbarov

190 hektar ərazisi olan Ağdam Sənaye Parkının hazırda 9 rezidenti var və onların 50 milyon manatdan çox investisiya yatırması nəzərdə tutulur.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, bu, 1000-dən çox daimi iş yerinin yaradılmasına imkan verəcək.

“Artıq Sənaye Parkının rezidentləri üçün ayrılmış ərazilərdə layihələrin həyata keçirilməsinə hazırlıq işləri gedir və avqust ayından tikintiyə başlanılması planlaşdırılır”, – deyə M.Cabbarov əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.