Türkiyə səfiri Polad Həşimovla bağlı paylaşım edib

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovla bağlı paylaşım edib.

Səfir bu barədə “Tvitter”də bildirib.

“Qarabağ Zəfərinin fitilini alovlandıran qəhrəman komandir Polad Həşimovun şəhid olmasının ildönümündə xatirəsini rəhmətlə anırıq. Səmayə anaya, qardaşı, bacısı, həyat yoldaşı, övladları, silah yoldaşları, qəhrəman Azərbaycan Ordusuna və xalqına başsağlığı veririk, cansağlığı arzulayırıq”, – diplomat qeyd edib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.