“İntihar fikri olan qazilərin aktiv müalicəyə ehtiyacı var” –psixiatr Aydan Cabbarova

Tibbi Yardım
Tibbi Yardım

İntihar fikri olan qazilərin aktiv müalicəyə ehtiyacı var.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, psixiatr Aydan Cabbarova “Postmüharibə dövründə reabilitasiya” mövzusunda danışarkən deyib.

O qeyd edib ki, qazilərin müalicəsi evdə, ambulator qaydada aparılsa belə, işləməsinə icazə verilməsi düzgün deyil:

“Çünki həmin şəxslərin fikri müharibə zamanı baş vermiş hadisələrlə məşğul olur. Həmin şəxslər aqressiv məzmunlu videolara baxmamalı, aqressiv məzmunlu xəbərləri oxumamalıdırlar. Bir müddət özlərini sosial şəbəkələrdə belə səhifələrdən təcrid etsələr daha yaxşı olar. Reabilitasiyaya ehtiyacı olan qazilər əsasən əsəbilik, yorğunluq, yuxusuzluqdan şikayət edirlər”.(APA)

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.