Zəngəzur dəhlizi beynəlxalq əlaqələrinin genişlənməsinə xidmət edəcək-Ceyhun Bayramov

Zəngəzur dəhlizinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək.

Bunu xarici işlər naziri Ceyhun Bayramov Daşkənddə Özbəkistan və Türkiyə XİN başçıları ilə üçtərəfli görüşündən sonra mətbuata birgə açıqlamasında deyib.

“Biz əminik ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin canlandırılması, Zəngəzur dəhlizi də daxil olmaqla, regiondakı bütün nəqliyyat dəhlizlərinin açılması beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə xidmət edəcək”, – XİN rəhbəri əlavə edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.