“Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq Laçında məskunlaşdırılıb”- Hikmət Hacıyev

Laçının işğalı və yağmalanmasından sonra Yaxın Şərqdən olan ermənilər qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırılıblar.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabındakı paylaşımında qeyd edib.

Hikmət Hacıyev “The Times” nəşrinin işğalla bağlı reportajını da paylaşıb.

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin “The Times” reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, – Prezidentin köməkçisi vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.