“ABŞ-ın İranın nüvə sazişinə qayıtması böyük səhvdir”- Con Bolton

“ABŞ-ın İranın nüvə sazişinə qayıtması böyük səhvdir”.

Azpost.info xəbər verir ki, CNN telekanalı bunu Ağ Evin keçmiş milli təhlükəsizlik müşaviri Con Boltona istinadən yayıb.

“Düşünürəm ki, administrasiyanın 2015-ci il nüvə sazişinə qayıtmaq üçün yalvararaq İrana zəiflik nümayiş etdirməyə davam etməsi böyük səhvdir… Administrasiya Vyanada diz çökərək razılaşmaya qayıtmaq üçün yalvarırdı. Bu, təkcə İrana deyil, bütün dünyaya “zəiflik siqnalı”nı ötürür”, – Bolton bildirib.

O hesab edir ki, indi İranın nüvə proqramından imtina edə biləcəyini göstərən heç nə yoxdur.

Qeyd edək ki, Bolton ABŞ-ın İranın nüvə proqramı üzrə birgə fəaliyyət planından çıxması təşəbbüsü ilə çıxış edən prezident Donald Trampın müşaviri olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.