Sumqayıtda dənizdən 2 meyit tapılıb

Sumqayıtda dənizdən 2 meyit tapılıb.

Hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb. Meyiti tapılan qadının 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı olduğu bildirilir.

40-45 yaşlarında olduğu bildirilən kişinin kimliyi hələlik məlum deyil. Onların ər-arvad olduğu ehtimal edilir. Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır(apa).

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.