Türkiyədə ağır yol qəzası baş verib.
Hadisə Mardinin Derik rayonunda olub.
Qəza zamanı 8 nəfər ölüb, çoxlu sayda yaralının olduğu bildirilir. Hərəkətdə olan “TIR” avtomobili yanacaqdoldurma məntəqəsinin qarşısındakı insanların üzərinə sürüb. Hadisə baş verən zaman xilasedicilər başqa bir qəzanın fəsadlarını aradan qaldırmaq üçün ərazidə iş aprırmış.
Hadisəyə səbəb yük maşınının əyləc sistemindəki nasazlıq olub.
Baş verən ağır yol qəzasında ölənlərin sayı 20-yə çatıb. Yaralı polis əməkdaşı dünyasını dəyişib.
bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkənin Mardinin Derik rayonunda zəncirvarı avtomobil qəzasının baş verdiyi ərazini ziyarət edərkən bildirib.
Yaralılardan 26-sının müalicəsi davam edir.