Daha 612 nəfər COVID-19-a yoluxub, 9 nəfər vəfat edib- Operativ Qərargah

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 612 yeni yoluxma faktı qeydə alınıb, 431 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 9 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 815 047 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 801 707 nəfər müalicə olunaraq sağalıb, 9 822 nəfər vəfat edib, aktiv xəstə sayı 3 518 nəfərdir.

Ölkədə son sutka ərzində 4 025, hazırkı dövrədək isə 7 166 533 test aparılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.