8 ayda ölkəyə “Şahdəniz” yatağından 1 milyard dollar gəlir gəlib

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 1 148 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 8,8 dəfə çoxdur.

ARDNF-dən  verilən məlumata görə, Fondun “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirləri (01.01.2022-01.09.2022 tarixinə) 328 567 min dollar olub, bu da 5,75 dəfə artım deməkdir.

Qeyd edək ki, “Şahdəniz” yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 29,99%), LUKOIL (19,99%), TPAO (19%), SOCAR (14,35%), NICO (10%) və SGC (6,67%) şirkətləri iştirak edir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.