Azərbaycanın təhvil verdiyi 17 hərbçi əsirlikdə işgəncələrə məruz qalmayıb- Ermənistan İstintaq Komitəsi

Hazırda müstəntiqlər Ermənistana qaytarılmış hərbçiləri dindirir, qalanları müalicə alır.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan bildirib.

O qeyd edib ki, hazırda 10 hərbçi şahid kimi dindirilir, qalan 7 hərbçi isə müalicədədir, reabilitasiyaları bitdikdən sonra dindiriləcək.

Tadevosyanın sözlərinə görə, qaytarılan hərbçilər arasında ağır yaralı yoxdur, bəzilərində yüngül qəlpə yaraları aşkar olunub, onlar əsirlikdə işgəncələrə məruz qalmayıb.

Xatırladaq ki, oktyabrın 4-də ABŞ-ın vasitəçiliyi ilə rəsmi Bakı İrəvana 17 erməni hərbçini qaytarıb(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.