“Fotoxronika”-Türkiyə Azərbaycanın müstəqilliyini tanıdığını elan edir: 1991-ci il noyabr

“Fotoxronika” layihəsində sizə bu fotonu təqdim edirik.

FOTO: Baş nazir Məsud Yılmaz Azərbaycanın dövlət müstəqilliyinin Türkiyə Cumhuriyyəti tərəfindən rəsmən tanındığı barədə hökumətin qərarını elan edir…

9 Noyabr. 1991-ci il. Ankara.

SSRİ-nin suqutuna bir ay qalır.

Hələ SSRİ-nin rəsmən dağılmadığı bir vaxtda Türkiyənin bu qərarı siyasi iradə nümayişi  idi. Türk siyasi elitası bu məsələdə yekdil deyildi. Xüsusən prezident Süleyman Dəmirəl tələsməməyin və SSRİ ilə münasibətləri gərginləşdirməməyin tərəfdarı idi.

Lakin tarix öz diqtəsini etdi.

Azərbaycan dövləti adından Türkiyəyə göndərilən nümayəndə heyəti ilə aparılan danışıqlar nəticəsini verdi.

Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıdı.

 

 

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir