Türkiyənin Bartin vilayətində kömür mədənində qəza nəticəsində 28 nəfər ölüb.
Bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitterdə bildirib.
Nazir qeyd edib ki, 11 yaralının müalicəsi davam edir.
Türkiyə Mədənlər Birliyinin sədri Hakan Yeşil hadisəyə metan qazının partlamasının səbəb olduğunu bildirib.
O, partlayış baş verdiyi an mədəndə 100 işçinin olduğunu da qeyd edib.