“Freedom House” bu ölkələrlə bağlı bəyanat verdi:“Jurnalistlərə qarşı hücumlar araşdırılmalıdır”

“Freedom House” hüquq-müdafiə təşkilatın ATƏT-in bir sıra üzv ölkələrində jurnalistlərə hücumların və onların qorxudulması hallarının artmasından dərindən narahatdır.

Azpost.info “Amerikanın Səsi”nə istinadən bildirir ki, bu bəyanatı “Freedom House” hüquq-müdafiə təşkilatının nümayəndəsi ATƏT-in Polşanın paytaxtı Varşavada keçirilən tədbirində səsləndiriib.

Təşkilat Azərbaycan, Qazaxıstan, Türkiyə, Rusiya, Ukrayna və onun Krım vilayətində jurnalistlərin əvvəlki kimi təhlükəsiz olmadığını vurğulayır.

“Freedom House” bildirir ki, son bir ildə bu ölkələrdə tənqidi səsləri susdurmaq üçün, eləcə də Krım tatarları, kürdlər kimi milli azlıqlara qarşı fiziki zorakılıq, hüququ cəza tədbirləri, qarayaxma kampaniyaları, qısnamaların digər formalarından istifadə olunub.

Qurum Azərbaycan hakimiyyətinin ölkədə peşə fəaliyyətinə görə heç bir jurnalistin təqibə məruz qalmadığını bildirir. İndiyədək həbs cəzası çəkmiş, yaxud çəkməkdə olan media əhlinin konkret cinayətə görə cəzalandırıldığı vurğulanır.

Freedom House ATƏT-dən tələb edir ki, jurnalistləri qoruya bilməyən hökumətlərdən buna görə hesabatlılıq tələb etsin.

“Jurnalistlərinin öz işlərini görə bildiyi təhlükəsiz mühit ATƏT mexanizminin əsasında duran demokratik idealların sütunudur”, – təşkilat qeyd edib.

Bundan əlavə Freedom House təşkilatı yuxarıda adı çəkilən ölkələrin hakimiyyətlərinə aşağıdakı çağırışları edir:

1 Jurnalistlərə qarşı hücumları hərtərəfli araşdırmaq və təqsirkarları cəzalandırmaq.

2 Hökumətlərin siyasi və ya tənqidi məqalələrə görə jurnalitlərə qarşı cinayət işlərindən sui-istifadə etməsinin qarşısını alamq üçün mexanizmi qurmaq.

3 Etnik cəmiyyətləri təmsil edən jurnalistlərin, xüsusilə Krımın tatar əsilli jurnalistlərinin, insan haqları müxbirlərinin və Türkiyədəki kürd jurnalistlərin təqiblərinə son verilsin.

4 Media azadlığı və jurnalistlərin təhlükəsizliyini yaxşılaşdırmaq istəyən mövcud qanun layihələrini nəzərdən keçirmək və təklif olunan tövsiyələri həyata keçirmək üçün DTİHB-yə (ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu) və RFoM-a (ATƏT-in media azadlığı) müraciət etmək.

Öz növbəsində rəsmi Bakı beynəlxalq tənqidləri qəbul etmir. Ölkədə söz və mətbuat azadlıqlarının tam təmin edildiyini bəyan edib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Misir Mərdanov oliqarx olmadığını dedi:

Sonrakı məqalə

Şeyxülislam Allahşükür Paşazadə Rusiyaya gedəcək