Paşinyan və Blinken Azərbaycanla normallaşma prosesini müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Sputnik Armenia” xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesini müzakirə ediblər, noyabrın 7-də Vaşinqtonda baş tutmuş Ermənistan və Azərbaycan XİN rəhbərlərinin görüşünə toxunublar.

Blinken öz növbəsində ABŞ-ın iki ölkə arasında əlaqələrin normallaşması üçün ABŞ-ın dəstəyini davam etdirəcəyini bildirib.

Paşinyan və Blinken regional təhlükəsizlik və humanitar məsələlərin müzakirəsini davam etdirmək barədə razılığa gəliblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.