Ronaldo çempionatın ən zəif futbolçusu siyahısına düşüb –ADLAR

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo dünya çempionatının qrup mərhələsinin ən zəif futbolçuları sırasındadır.

“SofaScore” portalı xəbər verir ki, heyətdə qapıçı – Meşal Barşim (Qətər), müdafiəçilər – Homam Ahmed (Qətər), Fransisko Kalvo, Oskar Duarte (hər ikisi Kosta-Rika), Alister Conston (Kanada), yarımmüdafiəçilər – Tajon Buşanan (Kanada), Abdulel Al-Malki (Səudiyyə Ərəbistanı), Kərim Budaif (Qətər), Metyu Leki (Avstraliya), hücumçular – Almoez Ali (Qətər) və Kriştiano Ronaldo yer alıblar.

Qətərdə təşkil olunan dünya çempionatı Ronaldonun karyerasında 5-ci mundialdır. Portuqaliya seçməsi turnirin səkkizdəbir final mərhələsində İsveçrə yığması ilə üz-üzə gələcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.