Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Şuşada atəşfəşanlıq olub.
Atəşfəşanlığı Laçın-Xankəndi yolundakı etiraz aksiyasının keçirildiyi ərazidən də izləmək mümkün olub. Atəşfəşanlıq etiraz aksiyasının iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Onlar atəşfəşanlığı mobil telefonları ilə qeydə alıblar.