Şimal rayonlarında baş vermiş 11 qəza baş verib- 22 avtomobilə ziyan dəyib

Yanvarın 9-da qarlı hava şəraiti ilə bağlı şimal rayonlarının yollarında ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, Qubada altı, Qusarda iki, Xaçmazda isə üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Avtoqəzalar nəticəsində ümumilikdə 22 avtomobilə zərər dəyib. Hadisələr nəticəsində xəsarət alan olmayıb.

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.