Məşhur italiyalı aktrisa Cina Lollobridcida dünyasını dəyişib.
Bu barədə “La Republica” qəzeti xəbər verir.
Məlumata görə, o, 95 yaşında vəfat edib.
Qeyd edək ki, 1960-cı illərdə Lollobridcida görkəmli İtaliya, Avropa və Hollivud rejissorlarının ekran işlərində rol alıb.
Lollobridcida məşhur “Paris Notrd-Dam kilsəsi” filmindəki Esmiralda rolu ilə məşhur olub. Bundan başqa o “Fanfan-tülpan”, “Sentyabrda gəl”, “Gecə gözəlləri” və s filmlərdə çəkilib.