Lənkəranda bərbərxanada partlayış olub

Lənkəranda bərbərxanada partlayış olub.

Hadisə rayonun “Ləvəngi” dairəsi adlanan ərazidə qeydə alınıb.

1995-ci il təvəllüdlü Məhərrəm İsazadə fəaliyyət göstərdiyi bərbərxanaya girib, işıq lampalarını yandıran zaman partlayış baş verib. Nəticədə Məhərrəm İsazadə yanıq xəsarətləri alıb.

İlkin araşdırmalar zamanı partlayışın səbəbinin bərbərxananın yaxınlığından keçən qaz borusundan sızan qaz olduğu müəyyən edilib.

Araşdırma aparılır. (APA)

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.