Ötən il Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 618 milyon dollar olub

2022-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 618 milyon dollara yaxın olub.

2022-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycan bu ölkədən 259,8 milyon dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 358 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 922,5 milyon dollar təşkil edib.

Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.