Rusiya FTX-sı azərbaycanlı QHT sədrini Rusiyadan deport edib

QHT rəhbəri Samir Adıgözəlli Rusiyadan deport edilib. 

Azpost.info bildirir ki, bununla bağlı yaydığı açıqlamada QHT rəhbəri deyib ki, dünən Moskvaya səfərə gedib. “Şeremetyevo” hava limanında saxlanılıb. Daha sonra ona elan olunub ki, Rusiya Federal Təhlükəsizlik Xidməti S.Adıgözəllini arzuedilməz şəxs siyahısına salıb və Rusiyaya girişinə “stop” qoyub.

QHT sədri həmin gün axşam Bakıya qaytarılıb. Baş verənləri şərh edən S.Adıgözəlli deyib ki, son dəfə Moskvada 2019-cu ildə olub. Heç bir qanunsuz prosesdə açı çəkilmir. O guman edir ki, son illərdə Rusiya-Ukrayna müharibəsi ilə bağlı yazdıqları FTX-nın diqqətini çəkib. S.Adıgözəllinin sözlərinə görə, baş verən hadisə ilə bağlı lazımi qurumlara müraciət edəcək.

Azpost.info

 

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.