Azərbaycan neftinin Ceyhandan daşınması bərpa edilib –AÇIQLAMA

Azərbaycan neftinin Türkiyənin Ceyhan limanından daşınması bərpa edilib. Bu barədə BP Azərbaycan şirkəti xəbər verir. 
“Bu gün günortadan sonra BTC terminallarında Azərbaycan neftinin  tankerlərə yüklənməsi bərpa edilib”, – BP-Azərbaycan şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
Bazar ertəsi Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələlər nəticəsində Türkiyənin Aralıq dənizi sahillərində yerləşən terminal neft daşımalarını dayandırmışdı.
Azərbaycandan nefti Bakı-Tbilisi Ceyhan kəməri ilə Cehan terminalına çatdırılır və oradan tankerlərlə dünya bazarına  daşınır.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.