Məşhur Hollivud kino ulduzu Brüs Uillisə nitq pozğunluğu yaradan demensiya diaqnozu qoyulub.
Azpost.info bildirir ki, bu barədə aktyorun ailəsi açıqlama yayıb.
“Bu gün bu xəstəliyin dərmanı yoxdur, amma ümid edirik bu reallıq yaxın gələcəkdə dəyişəcək”-deyə açıqlamada bildirilir.
Bu xəstəlik beyinin mərkəzi əsəb sisteminin zədələnməsi nəticəsində yaranan nadir xəstəlikdir və nitqdə pozuntu yaradır.
Brüs Uillis 1980-90-cı ilərdə məşhur olub. Onun çəkildiyi “Möhkəm qoz”, “Altıncı element”, “Armaqeddon”, “Kriminal qiraət” filmləri Brüsə şöhrət gətirib. Aktyor beş dəfə “Qızıl qlobus” və 3 dəfə “Emmi” mükafatını alıb.
Ötən ilin martında xəstəliyin ilk dəfə üzə çıxdıqdan sonra Brüs Uillis kino karyerasını dayandırdığını bəyan edib.
Ailə adından bəyanatı aktyorun hazırkı arvadı Emma Heminq və keçmiş arvadı, kino aktrisa Demi Mur imzalayıb.