Müharibədən sonra mina partlayışından ölən və xəsarət alanların sayı açıqlanıb

partlayış
partlayış

Vətən müharibəsindən sonra mina və partlayıcı sursatdan ölən və xəsarət alanların sayı açıqlanıb.

ANAMA sədri Vüqar Süleymanov Ağdamda minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupunun iclasında deyib ki, 2020-ci ilin 10 noyabr tarixindən bugünədək 282 nəfər minaların qurbanı olub. Mina hadisələri zamanı 236 nəfər xəsarət alıb, 46 nəfər həlak olub.

ANAMA sədri onu da bildirib ki, bir qədər əvvəl ABŞ-dan alınan minaaxtaran 5 it bir müddət sonra əməliyyatlara cəlb ediləcək. Hazırda itlərin mühitə uyğunlaşma prosesi gedir: “Müəyyən təlimlərdən sonra həmin itlər akkreditasiyadan keçəcəklər. Təxminən 2 ay müddətinə yeni alınan itlər azad olunmuş ərazilərdə minaaxtarma işlərinə cəlb ediləcək”. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.