Laçın yolundakı etiraz aksiyasının 100-cü GÜNÜ

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

Ictimai fəallar bayram gecəsində havanın yağışlı və dumanlı keçməsinə baxmayaraq davam etdirdiyi aksiyanı, günə Azərbaycan Dövlət Himnin səsləndirməklə başlayıb.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və bu gün 100 gündür davam edir. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.