DYP “Qarabağ” – “Qalatasaray” oyunu ilə bağlı azarkeşlərə müraciət edib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) martın 26-da keçiriləcək “Qarabağ”-“Qalatasaray”oyunu ilə bağlı azarkeşlərə müraciət edib.

Qurumun baş inspektoru Araz Əsgərlinin verdiyi məlumata görə, müraciətdə azarkeşlərdən ictimai nəqliyyatdan, xüsusilə ayrılmış ekspress marşrutlardan istifadə etmələri xahiş olunub.

Qeyd olunub ki, azarkeşlər oyundan 1 saat əvvəl “Bakı Olimpiya Stadionu”una gəlməli, ictimai asayişi qorumalı, digər vətəndaşlara maneə yaratmamalıdırlar.

DYP “Qarabağ”a oyunda uğurlar arzu edib, hər kəsi iki qardaş ölkənin yoldaşlıq oyunundan zövq almağa çağırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.