Aktrisa Selena Qomesin gəlin libasında fotoları izləyicilərin marağına səbəb olub.
Azpost.info bildirir ki, bu fotolar sosial şəbəkədə Selenanın yeni məhəbbət macərası barədə dedi-qodu yaradıb.
Amma sonradan məlum olub ki, fotolar “Binada qətl” serialının çəkilişləri zamanı lentə alınıb.
Yeni fotolarda Selena ağ gəlinlikdə, fatada əks olunub.
“Adi iş günü”-deyə Selena paylaşımda yazıb.
Şəkillər izləyicilər tərəfindən yaxşı qarşılanıb. “Gözəl görünürsən”, “Yaraşır!”, “Təəssüf ki, şou üçündür”, “Səni toy günü gəlin paltarında görmək istəyirik”-deyə ona yazıblar.
Azpost.info


