Netanyahu geri addım atdı- Məhkəmə islahatlarını dayandıracağını bəyan etdi

İsrail Baş naziri Benyamin Netanyahu etirazlar fonunda məhkəmə islahatlarını dayandıracağını bəyan edib.

Azpost.info xəbər verir ki, Baş nazir bu barədə Nazirlər Kabinetinə daxil olan partiyaların parlament fraksiyalarının rəhbərləri ilə görüşdən sonra bildirib.

Təşəbbüsün əsas ideoloqu – ədliyyə naziri Yariv Levin də başqa seçim olmadığını deyib.

Qeyd edək ki, hakimlərin təyinatı üzərində İsrail hökumətinə nəzarətin verilməsini və Ali Məhkəmənin səlahiyyətlərinin məhdudlaşdırılmasını nəzərdə tutan məhkəmə islahatları yəhudi dövlətində kütləvi etirazlara səbəb olmuşdu.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.