Şəmkir rayonunun Qədimqala kəndi ərazisində minik avtomobilinin körpüdən aşması nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə zamanı 1965-ci il təvəllüdlü Yaşar Cəfərov, 1995-ci il təvəllüdlü Hüseynli Mehman, 2021-ci il təvəllüdlü Hüseynli Sirac, 1998-ci il təvəllüdlü Nərmin Abbasova, 2018-ci il təvəllüdlü İmeyra Qocayeva və 1971-ci il təvəllüdlü Naibə Hüseynova xəsarət alıb
Onların vəziyyəti kafi qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.