Respublika Stadionunun ot örtüyü yenilənir- Bu tarixdə istifadəyə veriləcək

Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü yenilənir.

Bu barədə APA-ya Gənclər və İdman Nazirliyindən xəbər verilib.

Qeyd olunub ki, buna səbəb hazırda ot örtüyünün istismara yararsız olmasıdır.

“Meydançaya xidmət göstərilməsi mütəmadi olaraq müasir standartlara uyğun aparılır. Lakin stadionun torpaq qatı və ot örtüyü sonuncu dəfə əsaslı şəkildə 2012-ci ildə yenilənib. Beynəlxalq təcrübədə bu tip yenilənmələr 5-6 ildən bir aparılır. Uzunmüddətli istifadədən sonra, stadionun ot örtüyünün yenilənməsinə ehtiyac var idi. Buna görə də “Sabah” – “Beşikdaş” yoldaşlıq oyunundan sonra stadionun ot örtüyünün dəyişdirilməsi prosesinə başlanılıb. Meydança tam bərpa edildikdən sonra, avqustun ortalarında istifadəyə verilməsi nəzərdə tutulub” – deyə bildirilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.