Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində iştirakını davam etdirir- Borrel

Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell xarici işlər naziri Ceyhun Bayramovla görüşündə müzakirə etdiyi məsələləri açıqlayıb.

Borrel tərəflərin Aİ-Azərbaycan əlaqələrinə, eləcə də Brüssel görüşünə dair fikir mübadiləsi apardığını qeyd edib.

“Xarici işlər naziri Ceyhun Bayramovla yaxşı fikir mübadiləsi apardıq. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ev sahibliyi ilə üçtərəfli görüşlərin davam etdirilməsini alqışladım. Biz onun nəticələrini və qarşıdakı yolu müzakirə etdik, Aİ-Azərbaycan əlaqələrinə dair baxışlarımızı bölüşdük. Aİ Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik istiqamətində iştirakını davam etdirir”, – o deyib(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.