Ağdamın “Qarabağ” klubu yay transfer dönəmində ilk transferini açıqlayıb.
AZƏRTAC Ağdam təmsilçisinə istinadla xəbər verir ki, “Zirə”dən ayrılmış Hamidu Keyta ilə üçillik müqavilə imzalanıb.
İyirmi səkkiz yaşlı fransalı hücumçu Ağdam təmsilçisində 17 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Hamidu Keyta ötən ilin əvvəlində “Zirə”yə keçmişdi.