Keçmiş futbolçu Jerom Roten “PSJ”-dəki məşqlərin Messini qane etmədiyini açıqlayıb.
Azpost.info bildirir ki, o bu barədə RMC-nin efirində deyib.
“Onun məşqdən çıxıb getdiyi günü xatırlayın. Klub bəyan etdi ki, Messi guya baldırından yüngül zədə alıb. Bu doğru açıqlama deyildi. Səbəb nə idi? Messi məşqlərdən bezmişdi. O, paltardəyişmə otağına qayıtdı, duş qəbul etdi və çıxıb getdi. Bu, onun məşqçisinə və komanda yoldaşlarına nə qədər hörmət etdiyini göstərir”-deyə Roten vurğulayıb.
Roten deyib ki, Messi tez-tez məşq tempini dəyişmək istəyirmiş: “O, səhərlər məşq etmək istəmirdi. Heyətə bir neçə dəfə səhərlər məşq etməyin yaxşı şey olmadığını demişdi. Deyirdi günortadan sonra məşq etmək lazımdır. Xoşbəxtlikdən heyət ona qulaq asmadı” -deyə PSJ-nin keçmiş futbolçusu bildirib.
Azpost.info