Benzemanı görmək üçün stadiona 62 min azarkeş gəlib –Futbolçunun Səudiyyədə təqdimatı oldu /FOTO

Kərim Benzema rəsmi olaraq “Əl İttihad”ın oyunçusu kimi təqdim olunub.

Azpost.info bildirir ki, Səudiyyə Ərəbistanı klubu öz stadionunda hücumçunun təqdimat mərasimini təşkil edib. Mərasimdə 62 min insan iştirak edib.

Futbolçu azarkeşləri “əs-salamu aleykum” ifadəsi ilə salamlayıb.

Tədbir zamanı futbolçu “Qızıl top”unu azarkeşlərə göstərib. Stadionda işıq şousu da təşkil olunub. Podiumda futbolçunun oxşarı da görünüb. Onun əynində “Əl-İttihad” köynəyi olub.

Benzema topları imzalayıb azarkeşlərə paylayıb, bir neçə uşağa mayka verib. Futbolçu tribunalar qarşısında bir neçə selfi çəkdirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.