Söyüdlüdə monitorinq qrupları çalışır –Muxtar Babayev

“Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılan komissiyanın iclası keçirildi, əraziyə gedirik”.

Bunu jurnalistlərə açıqlamasında Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, orada artıq monitorinq qrupları çalışmağa başlayıb: “Əhali ilə görüşəcəyik, bu gün və növbəti günlərdə toplanan materiallar təhlil olunacaq, hökumətə təqdim ediləcək. Hələ bir şey demək üçün tezdir”.

Xatırladaq ki, Gədəbəy rayonunun Söyüdlü kəndində bir qrup şəxs kənd ərazisində süni gölün tikintisinə etiraz olaraq iyunun 20-də aksiya keçirməyə cəhd göstərib. Aksiyanın qarşısı alınan zaman polislə sakinlər arasında insident baş verib. Polis əməkdaşlarının aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan istifadə etməsi birmənalı qarşılanmayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.