Rahid Əmirquliyev futbol karyerasını bitirdi

Azərbaycanın sabiq futbolçusu Rahid Əmirquliyev 34 yaşında futbol kariyerası ilə vidalaşıb.

Klubun saytının yaydığı məlumata görə, 2018-ci ildən etibarən “Səbail” ilə birgə addımlayan Rahid Əmirquliyev futbolçu karyerasını bitirmək qərarına gəlib.

Rahid Əmirquliyevin karyerasını “Səbail”də başqa formada davam etdirməsi ilə bağlı hazırda danışıqlar aparılır.

Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120 oyunu “Səbail” klubunun payına düşür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.