Lionel Messi PSJ azarkeşləri ilə münasibətindən danışıb.
Azpost.info bildirir ki, Messi deyib ki, komandaya uyğunlaşma onun üçün çətin olub.
“Klubu bəyəndiyim üçün PSJ-yə keçdim. Çünki komandada kifayət qədər dostlarım və tanıdığım insanlar var idi. Mənə elə gəldi ki, uyğunlaşma digər komandalardan daha asan olmalı idi. Amma düzü, uyğunlaşma gözlədiyimdən çox çətin oldu”-deyə futbolçu vurğulayıb.
Messi deyib ki, kluba gec qoşulduğuna görə, mövsümə hazırlığı olmayıb: “Ailəm və mən yeni şəhərə uyğunlaşmalı olduq. Bu asan deyildi. Əvvəlcə azarkeşlər məni çox yaxşı qəbul etdilər. Ancaq bir az sonra onların mənə yanaşması dəyişdi. Amma PSJ azarkeşlərinin bir hissəsi mənə əvvəldə olduğu kimi davranmağa davam etdilər”.
Messi deyib ki, məqsədi azarkeşlərlə münaqişə yaratmaq olmayıb. O bildirib ki, Neymar və ya Mbappe ilə də belə problem yaşanıb.
“İnsanların mənə hörmətini heç vaxt unutmuram. PSJ-yə gələn gündən hamıya hörmət etmişəm. Vəziyyət lətifəyə bənzər kimi yadda qaldı”-deyə Messi bildirib.
Azpost.info