Bu gün III Avropa Oyunlarına yekun vurulacaq

Bu gün Polşada keçirilən III Avropa Oyunlarına yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, iyulun 2-də sonuncu 31 medal dəsti sahibini tapacaq.

Avropa Oyunlarının sonuncu – 12-ci günündə tamaşaçılar 5 növdə mübarizəyə şahid olacaqlar. Boks, atıcılıq, kanoe-slalom, badminton və kikboksinq yarışlarının yekunlaşmasından sonra Avropa Oyunlarının bağlanış mərasimi baş tutacaq.

Azərbaycan idmançıları son gündə üç növdə gücünü sınayacaq. Təmsilçilərimiz atıcılıq, boks və kikboksinqdə medallar üçün yarışacaq.

2 iyul

Atıcılıq

11:00. Qadın komandalar, trap, təsnifat mərhələsi

Azərbaycan (Aydan Camalova, Ülviyyə Eyvazova, Alina Rafixanova)

17:00. Qadın komandalar, trap, final mərhələsi

Kikboksinq

13:15. Kişilər, full kontakt, 63,5 kq, final

13:15. Kişilər, full kontakt, 63,5 kq, final

Fərid Ağamoğlanov – Damiano Tramontana (İtaliya)

Boks

16:15. Kişilər, +92 kq, final

Məhəmməd Abdullayev – Delişes Ori (Böyük Britaniya).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.