Fransalı hücumçu Kilian Mbappe növbəti mövsüm PSJ-də olacaq.
Bu barədə “RMC Sport” məlumat yayıb.
Mbappenin hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir. Hücumçu müqaviləni yeniləmək istəmədiyi üçün PSJ oyunçunu satmaq niyyətində idi.
Mbappeni almağa əsas namizəd “Real Madrid” idi.
İyulun 9-da “Marca” nəşri “Real Madrid”in fransalı hücumçunun transferi ilə bağlı danışıqları dayandırdığını yazıb.