“Sülhməramlıların Qarabağda fəaliyyətinə tələbat var” –Rusiya XİN-dən AÇIQLAMA

“Rusiya sülhməramlılarının bölgədəki fəaliyyətinə daha çox tələbat var”.

Azpost.info bildirir ki, Rusiya XİN Türkiyə prezidenti Ərdoğanın sülhməramlıların 2025-ci ildə Qarabağı tərk edəcəyi barədə açıqlamasına belə reaksiya verib.

XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bununla bağlı danışıb.

“Rusiya sülhməramlıları Qarabağda mühüm sabitləşdirmə rolunu davam etdirirlər. Əsas funksiyası atəşkəsi qorumaq və hərbi əməliyyatların qarşısını almaqdır. Regionda davam edən gərgin vəziyyəti nəzərə alaraq, onların bölgədəki fəaliyyətinə daha çox tələbat var”– deyə Zaxarova bildirib.

Onun sözlərinə görə, Cənubi Qafqazda sülhün qorunması həm Azərbaycanın, həm Ermənistanın, həm də Türkiyənin maraqlarına uyğundur. “Bu baxımdan, biz Ağdam rayonunda Rusiya-Türkiyə müştərək mərkəzində tərəfdaşlığı qeyd edirik”, – deyə Zaxarova bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.