Sürət Hüseynovun cənazəsi Gəncəyə gətirilib

Sabiq baş nazır Sürət Hüseynovun cənazəsi Gəncəyə gətirilib.

Mərhumla vida mərasimi İsmət Qayıbov küçəsindəki evində keçiriləcək.

Vida mərasimindən sonra Sürət Hüseynov valideynlərinin məzarının yanında dəfn ediləcək.

Qeyd edək ki, Sürət Hüseynovun cənazəsi gecə saatlarında Türkiyədən Bakıya gətrilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.