“Sabah bizim üçün önəmli oyunlardan biridir”- Qurban Qurbanov

Sabah bizim üçün önəmli oyunlardan biridir.

Bu sözləri “Qarabağ” futbol komandasının baş məşqçisi Qurban Qurbanov avqustun 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ”-HİK matçından əvvəl keçirilən mətbuat konfransında deyib.

Qurban Qurbanov futbolçuların sabah keçiriləcək oyunla bağlı hazır vəziyyətdə olduqlarını qeyd edib: “Hər birimiz bu oyuna güclü şəkildə hazırlaşırıq. Sabah rəqib komandanı daha yaxından tanıyacağıq. Komandanın bu gün Bakıya gec gəlməsinin onlara mənfi təsir edəcəyinə inanmıram. Təbii ki, gərginliyimiz var”.

Baş məşqçi HİK-lə oyunda qalib gəlmək istədiklərini də bildirib: “Futbol bizim həyat tərzimizdir. Tofiq Bəhramov adına Respublika Stadionunda uzun müddətdir ki oynamırıq. Sabah uzun müddətdən sonra ilk dəfə orada matça çıxacağıq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.