“Azərbaycan əsgərləri Xankəndinin girəcəyində durub, postlar qoyulub” –Erməni deputatdan açıqlama

“Dünəndən azərbaycanlılar Xankəndinin yaxınlığında qərarlaşıb, rayonlardan Xankəndinə gedən yollarda da postlar qoyublar”.

Azpost.info bildirir ki, bu barədə Ermənistanın “Mənim şərəfim” partiyasının parlamentdə fraksiya katibi, deputat Tiqran Abramyan bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya sülhməramlılarının vasitəçiliyi və iştirakı ilə azərbaycanlılarla danışıqlar aparılacaq, danışıqlar zamanı Qarabağın taleyi barədə müzakirə olunacaq.

“Düzünü desəm, indiki vəziyyətdə xüsusi nikbin gözləntilər yoxdur, bu müzakirələrin çoxlu suallara cavab verəcəyi gözlənilir”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.