Qarabağ bölgəsini 1510 erməni sakin tərk edib

Azərbaycanın Qarabağ bölgəsini 1510 erməni əsilli sakin tərk edib.

Bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Qeyd olunub ki, saat 00:00-a olan məlumata görə, 1510 Qarabağ sakini Ermənistan ərazisinə daxil olub.

Xatırladaq ki, erməni əsilli şəxslərin Ermənistana sərbəst keçidi üçün şərait yaradılır.

Onlar özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.