Müdafiə Naziri Şəhidlər xiyabanını ziyarət edib

Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət ediblər.

Hərbçilər ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxuyublar.

Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərilərinə gül dəstələri düzüblər

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.