“Harri Potter” filmindəki “professor Dambldor” vəfat edib –FOTO

“Harri Potter” filmlərindəki Dambldor obrazı ilə tanınan aktyor Maykl Qambon dünyasını dəyişib.

Azpost.info bildirir ki,“The İndependent”in ulduzun ailəsinə istinadən verdiyi məlumata görə, o, pnevmoniya ilə uzun sürən mübarizədən sonra xəstəxanada dünyasını dəyişib.

Aktyorun 81 yaşı var idi.

Qambon “Harri Potter” filmindəki Professor Dambldor rolu ilə ictimaiyyət arasında geniş tanınır. Bununla belə, onun filmoqrafiyasına “Kral adamı: Qızıl dairə”, “Eli kitabı”, “Paddinqtonun macəraları” kimi filmlər də daxildir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.